18 C
Baku
Bazar, Sentyabr 8, 2024

Bizə yaz

Rusiya “nüvə beşliyi” formatını ayaqda saxlaya bildi – Zaxarova

Rusiya “nüvə beşliyi” formatını ayaqda saxlaya bilib.

Tvit.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Rusiya sədrliyi dövründə ölkələrin mövcud ziddiyyətlərinə baxmayaraq, “nüvə beşliyi” formatını (Rusiya, Çin, ABŞ, Böyük Britaniya, Fransa) saxlamağa müvəffəq oldu”, – deyə o bildirib.

Onun sözlərinə görə, nüvə dövlətləri arasında münasibətlərin kəskinləşməsinə səbəb olan Qərbin günahı üzündən format ən yaxşı formada deyil:

“Ancaq bu gün deyə bilərik ki, Rusiya tərəfi əsas vəzifəni – praqmatik olaraq bu formatı ayaqda saxlamaq həll edib”, – Zaxarova fikrini tamamlayıb.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR