Tanınmayan “DXR” qüvvələri Ukraynanın Volnovaxa şəhərini ələ keçirib.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin general-mayor rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlama verib.
““DXR” qruplaşması Volnova aşəhərini azad edib. Həmçinin, Olqinka, Veliko-Anadol, Zelenıy Qay yaşayış məntəqələri də nəzarətə alınıb. İrəliləyiş dərinliyi 6 kilometr təşkil edib”, – deyə açıqlama deyilir.
Rusiya Müdafiə Nazirliyi Mariupol şəhərinin mühasirə həlqəsinin də daraldığını elan edib.