16 C
Baku
Bazar, Sentyabr 22, 2024

Bizə yaz

Qazaxıstanda Nazarbayevlə bağlı dövlət bayramı ləğv edilib

Qazaxıstan Senatının deputatları bu gün Respublikanın İlk Prezidenti Gününü dövlət bayramları siyahısından çıxarmaq barədə qanun qəbul ediblər.

Tvit.az APA-ya istinadən  xəbər verir ki, parlamentin iclası qanunverici orqanın rəsmi internet səhifəsində yayımlanır.

Senatın sosial-mədəni inkişaf üzrə komitəsinin qərarında deyilir ki, 1 Dekabr – Respublikanın İlk Prezidenti Günü”nü dövlət bayramları siyahısından çıxarmaq təklif olunur. Kinematoqrafiya, mədəniyyət və bayramlar haqqında qanunvericilik aktlarına müvafiq dəyişikliklər ediləcək.

Bundan əlavə təklif olunur ki, 25 oktyabr – Respublika Günü ümumxalq bayramı, 16 dekabr – Müstəqillik Günü isə dövlət bayramı kimi müəyyən edilsin.

Xatırladaq ki, indiyə qədər Müstəqillik günü ümumxalq bayramı statusuna malik idi. Parlamentin Məclisinin (aşağı palata) deputatları sentyabrın 7-də İlk Prezident Gününün yüksək ictimai əhəmiyyətə malik olan bir sıra əlamətdar tarixlər kimi müəyyən edilməsini və dövlət bayramları siyahısından çıxarılmasını təklif ediblər.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR