16 C
Baku
Bazar, Sentyabr 22, 2024

Bizə yaz

Putin: Rusiya qlobal maliyyə sisteminin prinsiplərinə yenidən baxılmasının tərəfdarıdır

Yeni güc mərkəzlərinin böyüdüyü Asiya çoxqütblü dünya düzəninə keçiddə böyük rol oynayır. Tvit.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlərinin VI Zirvə Toplantısında çıxışında bildirib.

O qeyd edib ki, Rusiya bərabər və bölünməz təhlükəsizlik sisteminin formalaşdırılması üçün hər şeyi edir.

Dünyada enerji və ərzaq qiymətlərindəki dəyişkənlik fonunda real aclıq təhlükəsi və genişmiqyaslı silkələnmələrin olduğunu söyləyən Rusiya prezidenti tədarük zəncirlərinin qarşısındakı bütün maneələri aradan qaldırmağın lazım olduğunu vurğulayıb.

“Rusiya qlobal maliyyə sisteminin prinsiplərinə yenidən baxılmasının tərəfdarıdır. Hazırkı dünya maliyyə sistemi planetdəki “qızıl milyard”a başqalarının hesabına yaşamağa imkan verib”, deyə Putin qeyd edib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR