22 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Peskov Buçadakı vəziyyətə görə ittihamları səhnələşdirilmiş şou adlandırıb

Kremlin mətbuat katibi Dmitri Peskov Buçadakı vəziyyətlə bağlı Rusiya Federasiyasına qarşı ittihamları səhnələşdirilmiş və faciəvi şou adlandırıb.

Tvit.az APA-ya istinadən xəbər verir ki, o, Rusiya tərəfinə, Rusiya ordusuna qarşı hər hansı ittihamların əsassız olmasında təkid etdiklərini bəyan edib.

“Bu, yaxşı qurulmuş şoudur. Başqa heç nə. Faciəvi şoudur”, – Peskov vurğulayıb.

Onun sözlərinə görə, hadisələrin bütün gedişatı, çoxlu sayda məlumatlar, faktlar və digər parametrlər bunun saxtakarlıq olduğunu açıq şəkildə göstərir:
“Bu, Rusiya ordusunu ləkələməyə çalışmaq məqsədi ilə edilən saxtakarlıqdır. Bu, alınmayacaq”.

Peskovdan Ukrayna prezidentinin müşaviri Oleksiy Arestoviçin Makarov və Borodyanka qəsəbələrində vəziyyətin Buça və Mariupoldakından da pis ola biləcəyi ilə bağlı sözlərinə münasibət bildirmək istənilib. Bundan əlavə, Ukraynanın baş prokuroru İrina Venediktovanın Borodyankadakı vəziyyətin qurbanların sayına görə ən pis olduğu barədə açıqlamalarına və Rusiya hərbçiləri tərəfindən tərk edildiyi iddia edilən kütləvi məzarlıqlarla bağlı yeni kadrların ortaya çıxmasına aydınlıq gətirməsi də xahiş olunub.

“Siz artıq Müdafiə Nazirliyinin nümayəndələrinin Buçada baş verənlərə oxşar növbəti səhnə çəkilişlərinin mümkün olması ilə bağlı açıqlamalarını eşitmisiniz, ona görə də bunu istisna etmək olmaz. Amma biz hər dəfə israrla nəyin həqiqət, nəyin uydurma olduğu barədə danışacağıq”, – Peskov müvafiq suallara cavabında deyib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR