14 C
Baku
Cümə axşamı, Sentyabr 19, 2024

Bizə yaz

“Paşinyan güzəştlər paketini imzalamağa hazırlaşır” – Ermənistanın keçmiş səfirindən iddia

“Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə sərhədlərin açılması məsələsini müzakirə edir”. Belə iddialı bəyanatla Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan çıxış edib. Onda olan məlumata görə, Paşinyanın nümayəndələri Ermənistanla Türkiyə arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması müqabilində imzalanması lazım olan sənədlər paketini müzakirə edirlər. “Paketdə Ermənistanın antitürk xarici siyasət yürütməmək öhdəliyi yer alır” – deyən sabiq səfirin sözlərinə görə, sənədlər toplusuna, həmçinin qondarma “soyqırımı”ın tanınmasına yönəlmiş diaspora hərəkətlərindən tamamilə uzaqlaşmaq, ərazi iddialarının olmaması barədə sənədləri imzalamaq, habelə maddi təzminatı rədd etmək şərtləri də daxildir. Minasyan hesab edir ki, güzəştlər paketinə “erməni məsələsi”ni araşdırmaq üçün tarixçilərdən ibarət komissiyanın yaradılması da daxil edilib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR