22 C
Baku
Çərşənbə axşamı, Sentyabr 17, 2024

Bizə yaz

Paşinyan göstəriş verdi – Ermənistanda ona “xain” deyən hər kəs döyüləcək

Ermənistanın Baş nazir səlahiyyətlərini icra edən Nikol Pşainyan rəqiblərinə dərs vermək üçün ona “xain” deyənləri döyməyi tapşırıb. Erməni mediasının “Vətəndaş razılaşması” Partiyasına yaxın olan mənbəyə istinadla məlumatına görə, təşviqat kampaniyasının ilk günündə Paşinyanın tərəfdarları Armavir bölgəsindəki iş adamı Xaçatur Sukiasyanın mühafizəçiləri ilə birlikdə onu “xain” adlandıran vətəndaşı döyüblər. “Bizə zəng edən başqa bir şəxs bu yaxınlarda İrəvanın Şimal prospektində oxşar hadisənin baş verdiyini söylədi: Paşinyana “xain” deyən vətəndaş döyülüb. Bir neçə gün əvvəl Vanadzorda baş nazir haqqında mənfi danışan bir vətəndaş küçədə avtomobilə otuzdurularaq aparılıb. Paşinyanın tənqidçiləri üçün ən ciddi cəza isə 20 iyundan sonra veriləcək. Səlahiyyətlilər bununla bağlı böyük planlar qururlar” – deyə, erməni mətbuatı yazıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR