15 C
Baku
Şənbə, Aprel 20, 2024

Bizə yaz

Paşinyan Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə hakimiyyətinin Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib.

Tvit.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Paşinyan bu barədə bu gün hökumətin iclasında bildirib.

O deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərinin normallaşmasının mümkünlüyü barədə açıq şəkildə danışıb:

“Biz bu açıqlamalarda Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının, avtomobil və dəmir yol əlaqələrinin bərpasının mümkünlüyünü müzakirə etmək üçün bir fürsət görürük”.

Paşinyan daha geniş nəticələr əldə etməyə imkan verəcək danışıqlara hazır olduqlarını bəyan edib.

O bildirib ki, söhbət regionu Şimalı Cənubla, Şərqi Qərblə bağlayacaq bir qovşağa çevirməkdən gedir.

N. Paşinyan qeyd edib ki, Rusiya bu prosesə kömək etməyə hazırdır.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR