15 C
Baku
Cümə, Mart 29, 2024

Bizə yaz

Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasında iğtişaş törədənlər tutulub

Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasının paytaxtı Nukus şəhərində iğtişaş törətməkdə təqsirli bilinən şəxslər saxlanılıb.

Tvit.az  xəbər verir ki, bu barədə Qaraqalpaq Muxtar Respublikasının Parlamenti, hökuməti və Daxili İşlər Nazirliyinin birgə bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, həmin şəxslər regionun hakimiyyət orqanlarını ələ keçirməyə cəhd göstəriblər.

Tutulanların əksəriyyətinin iğtişaşların təşkilatçısı olduğu, hüquq-mühafizə orqanlarına aktiv müqavimət göstərdiyi bildirilir. Hazırda onların barəsində müvafiq istintaq hərəkətləri aparılır.

Bəyanatda bildirilir ki, təqsirli şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunacaq.

Bundan əvvəl Özbəkistan DİN ölkə Konstitusiyasına düzəlişə etiraz olaraq iyulun 1-də Nukus şəhərində qanunsuz mitinq keçirildiyi barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki,

Aksiyanın qarşısı alınıb, ictimai asayiş bərpa olunub, qanunvericiliyin pozulması hallarına yol verilməməsi ilə bağlı sakinlərlə iş aparılır.

Qeyd edək ki, Qaraqalpaq Özbəkistanın tərkibində muxtar respublikadır. Ölkənin şərqində yerləşən muxtar qurum Özbəkistan ərazisinin 40%-ni əhatə edir. Özbək və qaraqalpaq dilləri muxtar respublikanın rəsmi dilləridir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ötən həftə Konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq referendumunun keçirilməsi təklifi ilə çıxış edib.

Parlamentin qərarı ilə ümumxalq müzakirələri iyulun 4-dək davam edəcək, daha sonra qanun layihəsi referenduma çıxarılacaq.

Layihədə Konstitusiyanın 64 maddəsinə 200-dən artıq dəyişiklik təklif olunur. Onların arasında Özbəkistan Prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması, ölüm hökmünün qadağan olunması, ölkə vətəndaşlarının xarici dövlətlərə verilməsinin qadağan edilməsi var.

Yeni layihədə Qaraqalpaqın Özbəkistan Respublikasının tərkibinə daxil olan suveren respublika olması və Qaraqalpaq xalqının ümumxalq referendumu əsasında Özbəkistanın tərkibindən ayrıla bilməsinə dair maddənin də Konstitusiyadan çıxarılması təklif edilir.

1992-ci ildə qəbul edilmiş hazırkı Konstitusiya 128 maddədən ibarətdir. Ölkənin əsas qanununa indiyədək 15 dəfə dəyişiklik edilib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR