23 C
Baku
Cümə axşamı, Aprel 25, 2024

Bizə yaz

Nyu-Yorkda yaşayış binasında 19 nəfərin ölümü ilə nəticələnən yanğının səbəbi açıqlanıb

Nyu-Yorkda çoxmərtəbəli yaşayış binasında baş verən yanğına nasaz elektrik qızdırıcısı səbəb olub.

Tvit.az-ın məlumatına görə, bunu Nyu-York şəhərinin Yanğından Mühafizə İdarəsinin rəisi Daniel Niqro mətbuat konfransında bildirib.

İdarə rəisi deyib ki, yanğın əvvəlcə ikinci mərtəbədəki mənzildə başlayıb: “Mənzildə yaşayan ailənin evakuasiya zamanı qapını arxadan bağlamaması alov və tüstünün sürətlə yayılmasına səbəb olub. İkinci və üçüncü mərtəbələri alov bürüyüb, beləliklə bütün bina tüstüyə qərq olub. Demək olar ki, binanın hər mərtəbəsindən meyit tapılıb. Çoxları nəfəs alarkən yuxarı tənəffüs yollarından yanıqlar alıblar”.

Qeyd edilib ki, yanğın, yerli vaxtla 11:00-dan sonra (Bakı vaxtı ilə 20:00) başlayıb və 14:00-da (Bakı vaxtı ilə 23:00) söndürülüb.

Qeyd edək ki, yaşayış binasında baş verən güclü yanğın nəticəsində 19 nəfər həlak olub, ölənlərdən 9-u uşaqdır.

“ABC News” telekanalı tüstüdən və yanğından müxtəlif dərəcəli xəsarət alanların sayının 63 nəfərə çatdığını bildirib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR