6 C
Baku
Cümə, Mart 29, 2024

Bizə yaz

Nensi Pelosinin təyyarəsi Tayvana eniş edib

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Pekinin xəbərdarlıqlarına baxmayaraq, Tayvana səfər edib.

Tvit.az CNN-ə istinadən xəbər verir ki, onun təyyarəsi Taybey şəhərinin Sunşan hava limanına eniş edib. Bu, ABŞ Nümayəndələr Palatasının spikerinin 25 il sonra adaya ilk səfəridir.

Səfər ABŞ-Çin əlaqələrinin ən aşağı səviyyədə olduğu bir vaxta və Bayden administrasiyasının xəbərdarlıqlarına rəğmən baş tutub.

Pelosinin Tayvana səfəri onun Asiyaya daha əvvəl elan edilən səfər proqramında əks olunmayıb. Bununla belə səfər həftələr öncədən müzakirə edilib.

Çin ötən Pelosinin Tayvana səfərini özünün ərazi bütövlüyü və suverenliyinə təhdid kimi qiymətləndirib və ordusunun bu səfəri sakit izləməyəcəyini bəyan edib.

ABŞ dövlət katibi Entoni Blinken isə səfərlə bağlı qeyd edib ki, konqres hökumətin müstəqil və bərabər qoludur və müvafiq qərar spikerə məxsusdur.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR