25 C
Baku
Bazar, Sentyabr 22, 2024

Bizə yaz

Moskva polisi 44 günlük müharibədən yayınan Ermənistan vətəndaşlarını saxlayıb

Rusiya polisi Moskvada Ermənistan vətəndaşlarına qarşı reyd keçirib.

Tvit.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Telegram kanalları məlumat yayıb

Məlumata görə, Ermənistanda hərbi xidmətdən və səfərbərlikdən yayınan 16 nəfər saxlanılıb. Saxlanılan şəxslərin hamısı beynəlxalq axtarışda olub. Ermənistan vətəndaşlarının polis tərəfindən əsasən metroda saxlanıldığı bildirilib.

O da məlum olub ki saxlanılan Ermənistan vətəndaşlarının ən kiçiyinin cəmi 18 yaşı var, o, Moskva Sənaye Kollecinin tələbəsidir. Onun 2022-ci ilin noyabrından axtarışda olduğu iddia edilir. Saxlanılan ən yaşlı erməni isə 48 ​​yaşlı Artik Meloyandır. Onun 2001-ci ildən axtarışda olduğu bildirilib. Saxlanılan Ermənistan vətəndaşları müşahidə kameralarında yaxalanıblar.

Qeyd edək ki, Ermənistan ərazisində sonuncu dəfə səfərbərlik 2020-ci ilin sentyabrında, İkinci Qarabağ müharibəsi zamanı elan edilib.

Telegram kanallarının yazdığına görə, Moskvada saxlanılan 16 Ermənistan vətəndaşı hazırda həbsdədir. Onları Ermənistanda hərbi xidmətdən, təlim düşərgələrindən və ya səfərbərlikdən yayınma maddəsinə əsasən, iki ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR