22 C
Baku
Bazar ertəsi, Sentyabr 16, 2024

Bizə yaz

Modriç “Real”ın ən çox titul qazanan futbolçusu oldu

Xorvatiyalı futbolçu Luka Modriç İspaniyanın “Real” klubunun tarixinə düşüb.

“Tvit.az” xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisində ən çox titul qazanan oyunçu adına sahib çıxıb.

O, son olaraq ötən gün komanda ilə UEFA Superkubokunu qazanıb. Bu Modriçin “Kral klubu”nda 27-ci tituludur.

İkinci sırada Dani Karvahal və Naço Fernandes (hər ikisi 26 titul) qərarlaşıb. İlk “üç-lüy”ü “Real”ın keçmiş futbolçuları Kərim Benzema ilə Marselo (hər ikisi 25) tamamlayır.

Qeyd edək ki, “Real” tarixində 6-cı dəfə UEFA Superkubokunu qazanmaqla rekorda imza atıb. İspaniyanın “Barselona” və İtaliyanın “Milan” komandalarının beş belə mükafatı var.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR