22 C
Baku
Çərşənbə axşamı, Sentyabr 17, 2024

Bizə yaz

MAQATE rəhbəri İran prezidenti ilə tez bir zamanda görüşə ümid edir

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri İran prezidenti ilə tez bir zamanda görüşə ümid etdiyini bildirib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KiV-lər məlumat yayıb.

Məlumata görə, baş direktor Rafael Qrossi İranın yeni prezidenti Məsud Pezeşkianla İranın nüvə proqramı ilə bağlı məsələləri müzakirə etmək üçün görüş keçirmək niyyətində olduqlarını bildirib.

“Mən yeni prezidentdən məktub almaqdan məmnun oldum ki, o, bizim görüşməyimizlə razılaşdı və uyğun vaxtda bunu etməyə çalışaq. Ümid edirəm ki, doğru vaxt ən qısa zamanda gələcək”, – deyə Rafael Qrossi vurğulayıb.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR