Livan radio və peycerlərin partlaması ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət etməyə hazırlaşır.
Tvit.az xəbər verir ki, bu barədə Livan xarici işlər nazirliyi açıqlama yayıb.
“İsrailin günahsız Livanlılara qarşı törətdiyi hərbi cinayəti təşkil edən kiber terrorla bağlı Livanın BMT və BMT Təhlükəsizlik Şurası yanında Daimi Nümayəndəliyinə şikayət etmək göstərişi verilib”,- məlumatda deyilir.
Elmin Alışov