Rusiya və Misir ikitərəfli gündəliyin bütün sahələrində birgə işi davam etdirmək barədə razılığa gəliblər.
Tvit.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov misirli həmkarı Bədr Abdel Ati ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Mən misirli dostlarımıza Ukraynadakı və ətrafındakı vəziyyətlə bağlı balanslı, konstruktiv mövqeyə görə minnətdarlığımı bildirdim”, – deyə Lavrov bildirib.
Elmin Alışov