Rusiya və Ukrayna prezidentlərinin görüşü nəticə verəcəksə, baş tuta bilər.
Tvit.az APA-ya istinadən xəbər verir ki, bunu üçtərəfli görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O qeyd edib ki, Ukrayna tərəfi görüş üçün görüş istəyir, amma Rusiya hər zaman nəticə verə biləcək görüşlərin keçirilməsinə tərəfdarıdır.
“Putin təmaslardan qaçmır”, – XİN başçısı vurğulayıb.