14 C
Baku
Cümə, Mart 29, 2024

Bizə yaz

Lavrov Hindistanda Mirzoyanla görüşüb

Hindistanın paytaxtı Yeni Dehlidə Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova paylaşım edib.

“Sergey Lavrov Ermənistan XİN başçısını qəbul etdi və danışıqların istiqamətini müəyyənləşdirdi”, – o yazıb.

Qeyd edək ki, Lavrov Hindistanda G20 XİN rəhbərlərinin görüşündə iştirak edir. Mirzoyan isə martın 3-dən 4-dək Hindistanın geosiyasət və geoiqtisadiyyat üzrə aparıcı “Risin dialoqu” konfransında iştirak etmək üçün Nyu-Dehlidə işgüzar səfərdə olacaq.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR