İsrailin Baş naziri Binyamin Netanyahu ölkədə iki həftəlik sərt karantin rejiminin tətbiq edildiyini açıqlayıb. İsrail hökuməti bu təşəbbüsü yeni koronavirus infeksiyası hallarının artması fonunda təsdiqləyib. Sərt karantin tədbirləri 7 yanvar tarixindən qüvvəyə minəcək. Bu müddət ərzində məktəblər və bəzi müəssisələr bağlı olacaq. Netanyahu, həmçinin pisləşən epidemioloji vəziyyətə görə dünyanı ciddi nəticələr gözləməsi barədə xəbərdar edib: “Koronavirusun Britaniya mutasiyası səbəbindən, yüksək sürətlə yayılan qlobal bir pandemiyanın qızğın mərhələsindəyik” – deyə, İsrailin baş naziri qeyd edib.
İsrail yenə sərt karantinə keçir
Oxunub: dəfə