22 C
Baku
Cümə axşamı, Sentyabr 19, 2024

Bizə yaz

İranda Azərbaycan dilinin lüğəti nəşr olunacaq

İranın Mədəniyyət Nazirliyinin dəstəyilə Azərbaycan dilinin lüğəti nəşr olunacaq. İRNA agentliyinin məlumatına görə, lüğətin hazırlanması planı barədə İranın Mədəniyyət naziri Abbas Salehi azərbaycanlıların kompakt yaşadığı Ərdəbilə səfəri zamanı məlumat verib. O bildirib ki, lüğətin hazırlanmasında Ərdəbildən olan yerli alim-dilçilərlə məsləhətləşmələr aparılacaq. Nazir xatırladıb ki, Azərbaycan dilinin lüğətinin nəşri layihəsi Ali lider Əli Xamneyinin Ərdəbildəki nümayəndəsi Ayətullah Həsən Amulinin təşəbbüsü ilə başlayıb, lakin bu günə kimi reallaşdırılmayıb. Salehi əlavə edib ki, Azərbaycan dilinin lüğətinin nəşri İran cəmiyyəti üçün vacib mədəni bir iş olacaq.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR