İran Livandakı səfir Moctaba Amani-nin yaralanmasına səbəb olan hücuma beynəlxalq hüquqa uyğun olaraq lazımi cavab vermək hüququnu saxladığını bəyan edib.
Tvit.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin Livandakı hadisələrlə bağlı BMT-nin baş katibi Antonio Quterreşə göndərdiyi məktubda bildirilib.
Məktubda rejimi dəstəklədikləri üçün başda ABŞ olmaqla, Qərb dövlətlərinin də səhv fəaliyyətlərinə görə məsuliyyət daşıdığı qeyd olunub.
Elmin Alışov