14 C
Baku
Cümə axşamı, Sentyabr 19, 2024

Bizə yaz

İndoneziyada göyərtəsində 65 nəfər olan təyyarə suya düşdü

İndoneziyanın paytaxtı Cakartadan havaya qalxan və göyərtəsində 53 sərnişin və 12 heyət üzvü olan təyyarə qəzaya uğrayıb. Bildirilir ki, Pontianikə uçan “Srivijaya Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə əlaqə, layner havaya qalxandan 5 dəqiqə sonra itib. İlkin məlumata görə, layner Cakarta yaxınlığındakı Yavan dənizinə düşüb. İndoneziyanın Nəqliyyat Nazirliyinin məlumatına görə isə, hələlik təyyarənin düşdüyü yer dəqiq məlum deyil. Sərnişinlərin taleyi barədə də dəqiq məlumat yoxdur. Yerli mənbələr isə təyyarənin suda olan qalıqlarını əks etdirən videoları yayımlayır.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR