Yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Kremlin məlumatına görə, üçtərəfli görüş Rusiya prezidentinin təşəbbüsü ilə baş tutur. Bildirilir ki, liderlər Dağlıq Qarabağdakı hazırki vəziyyəti və atılacaq növbəti addımları müzakirə edəcəklər. Bundan başqa, Putin İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda məsləhətləşmələr aparacaq.
İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş sabah baş tutacaq
Oxunub: dəfə