Mayın 16-dan indiyədək Mariupoldakı “Azovstal” zavodunda mühasirədə olan Ukraynanın “Azov” milli alayının 959 silahlısı təslim olub.
Tvit.az APA-ya istinad’n xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
O, mayın 16-dan bəri ümumilikdə 959 silahlının təslim olduğunu, onlardan 80 nəfərinin yaralı olduğunu vurğulayıb.
Rusiya MN sözçüsü yaralılardan xəstəxanada müalicəyə ehtiyacı olan 51 nəfərin Donetskdəki Novoazovsk xəstəxanasına yerləşdirildiyini qeyd edib.