19 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Həftə sonu Türkiyədə COVID-19-a qarşı peyvəndlərin vurulmasına başlanılacaq

Türkiyədə COVID-19-a qarşı peyvəndlərin vurulacağı tarix açıqlanıb.

Tvit.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin 2021-ci ilə dair birinci iclasından sonra xalqa müraciətində bildirib ki, koronavirusa qarşı peyvəndlərin vurulmasına bu həftənin sonunda başlanılacaq:

“Çin peyvəndinin ölkəmizə tədarükünə başlanılıb. Biz, həmçinin Rusiya və Britaniya peyvəndləri ilə bağlı hadisələrin inkişafını da izləyirik. Türkiyədə peyvəndləmə prosesinə cümə axşamı və ya cümə günü başlanılacaq”.

Ərdoğan deyib ki, ölkə rəhbərliyi koronavirusa yoluxanların say statistikasının müəyyən göstəricilərə enəcəyi təqdirdə tətbiq olunmuş məhdudiyyətləri tədricən ləğv edəcək.

Hazırda Türkiyədə iş günləri saat 21:00-dan 05:00-dək, həftə sonları isə bütün gün ərzində küçəyə çıxmaqla bağlı məhdudiyyətlər tətbiq olunur. Bundan başqa, Türkiyədə ərzaq mağazaları və ticarət mərkəzlərinə gələnlərin sayı məhdudlaşdırılıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR