23 C
Baku
Şənbə, Sentyabr 14, 2024

Bizə yaz

Gürcüstanda SOCAR-ın stansiyasına basqın edildi – Naməlum şəxs özü ilə 100 lari apara bilib

SOCAR-ın Gürcüstanın Ozurgeti şəhərindəki yanacaqdoldurma stansiyasına silahlı basqın təşkil olunub. Kadrlardan görünür ki, üzübağlı şəxs stansiya əməkdaşından kassanı açmağı tələb edir. SOCAR əməkdaşı isə kassanın kilitli olduğunu izah etməyə çalışır. Daha sonra soyğunçu özü kassaya yaxınlaşaraq onu açmağa çalışır. Lakin özü də bunu bacarmadığından, ərazini tərk edir. O, yanacaqdoldurma stansiyasından cəmi 100 lari götürə bilib. Az sonra şübhəli şəxs Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Araşdırmalar davam edir.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR