17 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Bizə yaz

Gürcüstanda matəm günüdür

Oktyabrın 8-də Batumidə yeddimərtəbəli yaşayış binasının bir blokunda baş vermiş çökmə zamanı üçü uşaq olmaqla 9 nəfər ölüb. Faciə ilə bağlı bu gün Gürcüstanda matəm günüdür, ölkə ərazisində dövlət bayraqları endirilib.

Tvit.az xəbər verir ki, yaşayış binasında uçqunun baş verməsi ilə bağlı saxlanılan üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə şəhər məhkəməsi qərar qəbul edib.

İttiham olunanlar – Azərbaycan vətəndaşı Zaur Budaqov, Hüseyn və Giorgi Surmanidzelərin günahı sübuta yetirilərsə, onları 2 ilədək 5 ilədək həbs gözləyir.

Z.Budaqovun vəkili Ramin Papidze deyib ki, baş vermiş uçquna müdafiə etdiyi şəxsin mənzilində aparılan təmir işlərinin səbəb olmasına dair ekspert rəyi yoxdur. Onun sözlərinə görə, hadisənin baş vermə səbəbini yalnız mühəndis ekspertizası müəyyən edə bilər. Vəkil ekspertiza rəyi olmadan Z.Budaqovun həbsə alınmasını qanunsuz adlandırıb.

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR