Gürcüstanda son sutka ərzində daha 551 nəfərdə yeni növ koronavirusa yoluxma aşkarlanıb, 23 nəfər ölüb.
Tvit.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə ilə bağlı yaratdığı saytda məlumat verilib.
Ümumilikdə Gürcüstanda koronavirusa yoluxanların sayı 239 780, ölənlərin sayı isə 2 796 nəfərə çatıb.