24 C
Baku
Şənbə, Aprel 20, 2024

Bizə yaz

FTB Trampın evində axtarış aparıb

ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) sabiq prezident Donald Trampın evində axtarışla bağlı şərh verməyib. Lakin axtarışın bəzi detalları məlum olub.

Tvit.az APA-ya istinadən xəbər verir ki, bir müddət əvvəl ABŞ-ın Milli Arxivi Trampın vəzifədən gedərkən özü ilə apardığı 15 qutu sənədi geri verməyi tələb etmişdi. Bunların arasında tam məxfi sənədlər, xəritə və Şimali Koreyaya dair qovluqlar yer alırdı.

1978-ci ildə qəbul edilmiş qanuna görə, prezidentin səlahiyyət müddəti başa çatdıqda bütün sənədləri saxlanmaq üçün arxivə verməlidir. Milli Arxiv Trampın sənədləri götürməsi faktına görə məhkəməyə müraciət edib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR