22 C
Baku
Bazar ertəsi, Sentyabr 16, 2024

Bizə yaz

FTB Trampa sui-qəsd cəhdinin təhqiqatı ilə bağlı məlumatları açıqladı

FTB sabiq ABŞ prezidenti Donald Trampın həyatına sui-qəsdin motivlərini hələ müəyyən etməyib, yüksək səviyyəli agentlik rəsmisi deyib.

Tvit.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.

Məlumata əsasən, büro cinayətkarın cinayət ortaqlarının olduğuna və ya xarici dövlətin hadisədə əli olduğuna inanmır.

“FTB aydın motivi müəyyən etməyib. İstintaq davam edir, lakin biz şübhəlinin şəriklərinin olduğuna dair heç bir dəlil tapmadıq”, – büro nümayəndəsi istintaqla bağlı məlumatı açıqlayıb.

Əlavə edilib ki, şübhəli internetdə Demokratlar və Respublikaçıların qurultayları, habelə ABŞ prezidenti Co Bayden haqqında məlumat axtarıb . Saxlanılan şəxsin qanında spirtli içki və ya narkotik maddənin izi aşkar edilməyib.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR