Ukrayna Silahlı Qüvvələrinin “Storm Shadow” (Fırtına Kölgəsi) raketləri ilə Rusiyaya zərbə endirməsinə icazə verilməsi müharibə aktı kimi qiymətləndiriləcək.
Tvit.az xəbər verir ki, bu fikirləri X sosial şəbəkəsindəki səhifəsində britaniyalı siyasətçi, Heritage Partiyasının lideri Devid Kurten bildirib.
“Rusiyaya zərbə endirmək üçün Britaniyanın “Storm Shadow” raketlərinin istifadəsinə müəlliflik etmək ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Keir Starmer rejimləri tərəfindən müharibə aktı olardı”, – deyə o yazıb və əlavə edib ki, buna heç bir halda icazə verilməməlidir.
Aysel Şirinova