22 C
Baku
Çərşənbə axşamı, Sentyabr 17, 2024

Bizə yaz

“Ermənistanın Qarabağ məsələsində müttəfiqi yoxdur” – Levon Ter-Petrosyan

“Ermənistanın Qarabağ məsələsində müttəfiqi yoxdur”. Belə bəyanatla çıxış edən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirib ki, ölkəsi nə ABŞ-ın, nə İranın, nə də digər ölkənin dəstəyinə bel bağlamalıdır. Sabiq prezident hesab edir ki, Ermənistanın düşdüyü indiki durumda yeganə çıxış yolu qarşılıqlı strateji maraqlar əsasında Rusiya ilə münasibətləri dərinləşdirməkdir. Ter-Petrosyanın fikrincə, qarşıdakı növbədənkənar parlament seçkiləri Ermənistan tarixində ən təhlükəli və rüsvayçı olacaq. “Ölkədə son dərəcə təhlükəli vəziyyət yaranıb. Seçkilərdə iştirak edən iki qütb nəyin bahasına olur-olsun hakimiyyətə gəlməyə can atır. Onlar ölkəni daha da uçuruma aparır. Halbuki, ağır məğlubiyyətdən sonra birləşməli idilər. Seçkilərdə hər iki tərəfdən minlərlə qayda pozuntusu və insidentlər olacaq ki, bu da prosesləri nəzarətdən çıxara bilər” – deyə, keçmiş prezident qeyd edib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR