Son sutka ərzində Ermənistanda daha 309 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.
Tvit.az erməni mətbuatına istinadən xəbər verir ki, ölkədə indiyədək yeni növ koronavirusa yoluxanların ümumi sayı 160 853 nəfərə çatıb.
Son sutka ərzində 12 nəfər koronavirusdan ölüb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin sayı 2 890 nəfərə çatıb.