25 C
Baku
Cümə, Aprel 19, 2024

Bizə yaz

Ermənistan XİN-də kütləvi istefalar – 10-dan çox diplomat istefa ərizəsi yazıb

Ermənistanın Xarici İşlər Nazirliyində kütləvi istefalar baş verir. Erməni mətbuatının yazdığına görə, nazirlikdəki 10-dan artıq peşəkar diplomat baş nazir Nikol Paşinyanın xarici siyasətinə etiraz olaraq, istefa ərizəsi yazıb. Diplomatlar iddia edir ki, baş nazir səfir vəzifələrinə partiyadaşlarını təyin etmək istəyir. Həm də qeyd olunub ki, hazırda Paşinyanla Xarici İşlər naziri Ara Ayvazyan arasında münasibətlər heç də normal deyil. “Belə məlumatlar var ki, yaxın vaxtlarda baş nazir Ayvazyanı da istefaya göndərəcək” – deyə, erməni mətbuatı yazıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR