14 C
Baku
Cümə axşamı, Sentyabr 19, 2024

Bizə yaz

Ermənistan Türkiyə ilə dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcək

Rəsmi İrəvan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistanla münasibətləri nizamlamaq üçün xüsusi nümayəndə təyin edəcəyi barədə açıqlamasını alqışlayır və dialoqa başlamaq üçün öz nümayəndəsini təyin edəcək.

Tvit.az xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat katibi Vaan Unanyan “Facebook” səhifəsində yazıb.

O, Türkiyə tərəfinin açıqlamasını müsbət dəyərləndirib və erməni tərəfinin də öz növbəsində xüsusi nümayəndə təyin edəcəyini söyləyib. Unanyan Türkiyə ilə dialoqa başlamağa hazır olduqlarını qeyd edib.

Xatırladaq ki, Ermənistanın işğalçılıq siyasətinə görə 1993-cü ildən Türkiyə-Ermənistan sərhədi bağlıdır.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR