16 C
Baku
Bazar ertəsi, Sentyabr 16, 2024

Bizə yaz

Ermənistan prezidentliyinə namizəd Bakı və Ankara ilə münasibətlərdən danışıb: “Sülh lazımdır”

Ermənistan Azərbaycan və Türkiyə ilə sülh içində yaşamalıdır.

Tvit.az xəbər verir ki, APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bu barədə “Vətəndaş Müqaviləsi” partiyasından Ermənistan prezidentliyinə namizəd Vaaqn Xaçatryan İctimai televiziyanın efirində bildirib.

Xaçatryan qonşularla müharibə, mübahisə etməyi təsəvvür etmədiyini əlavə edib.

“Hesab edirəm ki, qonşularla yalnız sülh şəraitində yaşamaq lazımdır”, – deyə Xaçatryan deyib.

Xaçatryan əlavə edib ki, Ermənistan vətəndaşları üçün sülh həyat və inkişaf üçün yeganə variantdır.

Prezidentliyə namizəd Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına pozitiv baxdığını deyib: “Prosesi davam etdirmək lazımdır. Bu nəticədə iqtisadi və siyasi münasibətlərin yaranmasına gətirib çıxaracaq”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR