“Ermənistandakı böhrandan çıxmağın yeganə yolu erkən parlament seçkilərinin keçirilməsidir”. Bu barədə açıqlama verən prezident Armen Sarkisyan bildirib ki, bu gün erməni cəmiyyəti, ilk növbədə hökumət dərin bir siyasi, sosial və psixoloji böhranın mövcudluğunu etiraf etməlidir. “Vətəndaşların seçdikləri deputatlardan, hökumətdən və baş nazirdən böhranı aradan qaldırmaq üçün konkret və vaxtında tədbirlərin görülməsini tələb etməkdə tam mənəvi haqqı var. Cəmiyyətin parçalanması fəlakətli nəticələrə gətirib çıxara bilər, bu səbəbdən ölkənin və xalqın sağlamlaşmasına ehtiyac var. Yeganə məntiqi və sivil çıxış yolu – real dövlət quruculuğu prosesinə sıfırdan başlamağa imkan verən Seçki Məcəlləsinə və Konstitusiyaya zəruri düzəlişlərin edilməsi ilə ağlabatan bir vaxt çərçivəsində erkən seçkilərin keçirilməsidir” –deyə, Sarkisyan qeyd edib.
Ermənistan prezidentindən etiraf: “Ölkədə dərin böhran mövcuddur”
Oxunub: dəfə