18 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Ermənistan Müdafiə Nazirliyinin qarşısında növbəti etiraz

Ermənistanın Müdafiə Nazirliyinin binası yaxınlığında Qarabağ müharibəsində iştirak edən hərbçilər etiraz aksiyası keçirib. Onlar müharibədə iştirak etdiklərinə görə hesablarına pul köçürmələrini tələb ediblər. “Cəbhədən 30 noyabrda dönmüşük, sonuncu dəfə Laçında olmuşuq. Hələ də pul təzminatını almaq üçün müxtəlif orqanlara müraciət edirik – deyə, cəbhəyə könüllü getdiyini deyən David Ovannisyan bildirib. Digər etirazçılar isə qeyd ediblər ki, general-mayor Vardan Avetisyanla da görüşüblər. Onlara bu məsələ ilə müvafiq komissiyanın məşğul olduğunu, bu həftə qərar veriləcəyini deyiblər. Buna baxmayaraq, onlar pulunu ala bilmir. “Biz problemin nədə olduğunu dəqiq bilmək istəyirik ” – deyə, etirazçılar bildirib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR