22 C
Baku
Çərşənbə axşamı, Sentyabr 17, 2024

Bizə yaz

Emmanuel Makronu sillələdilər

Fransa Prezidenti Emmanuel Makron Drom departamentinə səfəri zamanı sillələnib. Makron liseyə baş çəkəndən sonra vətandaşlarla görüşərkən, yerli sakinlərdən biri onun üzünə sillə vurub. Baş verənlərə dərhal müdaxilə edən mühafizəçiləri Fransa prezidentini ərazidən uzaqlaşdırıb. Sillə vuran şəxs isə zərərsizləşdirilib. Həmin şəxsin Makrona sillə vurarkən nə dediyi aydın eşidilmir. Lakin məlumdur ki, o, sözlərini “Makronizmə son” şüarıyla bitirdikdən sonra prezidenti sillələyib. Bildirilir ki, hadisəyə görə daha 1 nəfər saxlanılıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR