Rusiya və Ukrayna arasında dialoqa qayıtmaq üçün zəmin yarandığını görürük.
Tvit.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, son günlərdə Ukrayna Prezidenti Vladimir Zelenskinin açıqlamaları, digər tərəfdən isə Türkiyənin səyləri bunu deməyə imkan verir.