22 C
Baku
Çərşənbə axşamı, Sentyabr 17, 2024

Bizə yaz

CAR-da qadın birdəfəyə 10 uşaq dünyaya gətirib

Cənubi Afrika Respublikasından (CAR) olan 37 yaşlı Qosiame Sitole eyni vaxtda 10 uşaq dünyaya gətirib və bununla da Ginnesin Rekordlar Kitabına düşüb.

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, ultrasəs müayinəsi Ekuruleni şəhər sakininin səkkiz uşaq gözlədiyini göstərsə də, qeysəriyyə əməliyyatı nəticəsində yeddi oğlan və üç qız dünyaya göz açıb.

Bundan əvvəl qadın artıq əkiz uşağın anası olmuşdu. Yerli həkimlər faktı təsdiqləyəcəyi təqdirdə Qosiame eyni vaxtda ən çox uşaq dünyaya gətirən ana kimi tarixə düşəcək.

Ginnesin Rekordlar Kitabında qeydə alınmış əvvəlki nailiyyət may ayında doqquz uşaq dünyaya gətirən Mali sakininə məxsus idi.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR