22 C
Baku
Cümə axşamı, Sentyabr 19, 2024

Bizə yaz

Bu gündən Türkiyə ilə Ermənistan arasında uçuşlar başlayır

Ermənistanın “Flyone Armenia” aviaşirkəti bu gün baş tutacaq İrəvan-İstanbul-İrəvan reysi üçün hazırlıqların başa çatdığını açıqlayıb.

Tvit.az “aysor.am” saytına istinadən xəbər verir ki, “Flyone Armenia” aviaşirkətinin İdarə Heyətinin sədri Aram Ananyan reys üçün epidemioloji tədbirlərin görüldüyünü, uçuş üçün hazırlıq işlərinin başa çatdırıldığını söyləyib.

Aram Ananyan İrəvan-İstanbul reyslərinin İstanbuldakı erməni icması ilə Ermənistan arasında əlaqələrin gücləndirilməsində rol oynayacağını da əlavə edib. Növbəti reysin fevralın 5-də gerçəkləşəcəyi də açıqlanıb.

Bu gün axşam ilk İstanbul-İrəvan-İstanbul aviareysi də həyata keçiriləcək.

APA-nın yerli bürosu xəbər verir ki, aviareys Türkiyənin “Pegasus” aviaşirkəti tərəfindən həyata keçirilir.

İstanbul-İrəvan marşrutu üzrə reys yerli vaxtla saat 23:35-də Sabiha Gökçen hava limanından baş tutacaq.

Bir nəfərlik super ekonom biletin qiyməti 845 türk lirəsi (107 manat), comfort flex üçün isə – 1357 türk lirəsi (171 manat) olaraq satışa çıxarılıb.

Şirkətin İrəvan-İstanbul aviareysi isə 3 fevral yerli vaxtla saat 06:30-da baş tutacaq.

İrəvandan İstanbula isə biletlərin minimal qiyməti 1 152 türk lirəsi (146 manat) olaraq müəyyən edilib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR