22 C
Baku
Çərşənbə axşamı, Sentyabr 17, 2024

Bizə yaz

“Bu barədə söhbət gedə bilməz” – Pakistan ABŞ-a hərbi baza verməkdən imtina etdi

Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureyşi qoşunlarını Əfqanıstandan çıxaran ABŞ-ı hərbi bazalarla təmin etməkdən imtina etdiyini açıqlayıb. “Baza axtarmaq onların istəyi ola bilər. Bazalarımızın verilməsindən söhbət gedə bilməz, maraqlarımızı güdməliyik” – deyə, Mahmud Qureyşi vurğulayıb. Qeyd edək ki, bir müddət əvvəl “The New York Times” öz mənbələrinə istinad edərək, ABŞ rəhbərliyinin hərbi bazanın köçürülməsi ilə bağlı Pakistanla danışıqlar apardığını yazmışdı. Məqalədə Vaşinqtonun Əfqanıstanı tərk etməsindən sonra bu ölkdə kəşfiyyat məlumatları toplamaq və terrorizmə qarşı mübarizə aparmaq üçün bazaya ehtiyacı olduğu bildirilmişdi. Qeyd edək ki, mayın 1-də ABŞ və NATO qoşunları Əfqanıstandan çıxarmağa başlayıb. Hərbi qüvvələrin tam çıxarılması sentyabrın 11-dək davam edəcək.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR