20 C
Baku
Şənbə, Sentyabr 21, 2024

Bizə yaz

Britaniya kəşfiyyatı: “Mariupolda şiddətli döyüşlər davam edir”

Rusiya qüvvələri artan aktivliyinə baxmayaraq, son 24 saat ərzində heç bir önəmli nailiyyət əldə edə bilməyib.

Tvit.az -ın xəbərinə görə, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Ukraynanın əks-hücumları Rusiya qüvvələrinin səylərinin qarşısını almağa davam edir. Əlavə olunub ki, Rusiyanın nə hərbi dəniz, nə də hərbi hava qüvvələri öz sahələrində nəzarəti ələ keçirə bilməyib və buna səbəb Ukraynanın hava və dəniz qüvvələrinin effektivliyidir.

Məlumatda o da qeyd olunub ki, Mariupolun ələ keçirilməsinin bəyan edilməsinə baxmayaraq, şəhərdə ağır döyüşlər davam edir və bu, Rusiyanın şəhəri ələ keçirmək səylərinin qarşısını alır, eyni zamanda onların Donbas regionunda arzu etdikləri irəliləyişi daha da yavaşladır.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR