18 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Boris Conson istefa verməyəcəyini açıqlayıb

“Açığını desəm, çətin şəraitdə Baş nazirin işi ona verilən mühüm mandatı davam etdirməkdir. Mən də elə edəcəyəm”.

Tvit.az APA-ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson parlamentdə deputatların suallarını cavablandırarkən deyib.

Mühafizəkarlar partiyasının deputatı Tim Loughton Boris Consondan hansı şəraitdə istefa verəcəyini soruşub.

Boris Conson bildirib ki, o, hökumətə verilən mandatı davam etdirməyin və yerinə yetirməyin mümkün olmadığı hallarda istefa verərdi: “Ya da Ukrayna xalqını dəstəkləyə bilməyəcəyimizi hiss etsəydim, o zaman istefa verərdim. Ancaq açığını, desəm çətin şəraitdə Baş nazirin işi ona verilən mandatı davam etdirməkdir. Mən də elə edəcəyəm”.

Qeyd edək ki, Böyük Britaniyada bir sıra nazirlər hökumətin düzgün, səriştəli və ciddi şəkildə idarə olunmadığını əsas göstərərək istefa verib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR