İsrail ordusunun 11 aydan çoxdur hücumlarını davam etdirdiyi Qəzzada insanlar orta hesabla iki gündə bir yemək yeyirlər.
Tvit.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) məlumat yayıb.
Qeyd olunub ki, UNRWA və tərəfdaşları təşkil etdikləri fəaliyyətlərdə qida çatışmazlığının təsirlərini azaltmaq üçün uşaqlara yüksək enerjili peçenyelər paylayıblar.
Elmin Alışov