BMT ekspertləri Livanın müxtəlif yerlərində kommunikasiya qurğularının partlamasında iştirak edənləri ədalətə cəlb etməyə çağırıblar.
Tvit.az xəbər verir ki, bu barədə Ali Məclisin İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) saytındakı bəyanatda bildirilib.
“Bu cür hücumlar həqiqətin bərqərar olması və qətldə günahkar olanları ədalətə cəlb etmək üçün dərhal müstəqil araşdırma aparılmasını tələb edir”, – deyə vurğulanıb.
Bundan başqa, BMT ekspertləri Livanda baş verən partlayışları pisləyib, onları müharibə cinayəti adlandırıb və tərəfləri münaqişənin daha da kəskinləşməsindən əl çəkməyə çağırıblar.
BMT-nin məlumatına görə, sentyabrın 17-də və 18-də törədilən partlayışlar nəticəsində bir uşaq və tibb işçiləri də daxil olmaqla azı 32 nəfər həlak olub, daha 3250 nəfər yaralanıb.
Aysel Şrnva