18.3 C
Baku
Çərşənbə, Aprel 24, 2024

Bizə yaz

Baydenin evində aparılan axtarışlarda heç bir məxfi sənəd tapılmayıb

Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən ABŞ Prezidenti Co Baydenin Delaver ştatının Rehobot-Biç şəhərindəki evində aparılan axtarışlarda heç bir məxfi sənəd tapılmadı.

Tvit.az APAya istinadən xəbər verir ki, bunu onun vəkili Bob Bauer bildirib.

Vəkil qeyd edib ki, aparılan axtarışlar barədə Bayden məlumatlı olub və proses təxminən 4 saat çəkib.

FTB hələlik axtarışla bağlı şərh verməyib və Bauerin dediyinə görə, əməliyyat təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə axtarış barədə əvvəlcədən ictimaiyyətə məlumat verilməyib.

Həmçinin qeyd olunub ki, Co Baydenin 2009-2017-ci illər aralığında vitse-prezident olduğu dövrə aid olan bəzi materiallar və əlyazmalar əlavə araşdırma aparılması üçün götürülüb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR