Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora Azərbaycanda səfərdədir.
Tvit.az APA-ya istinadən xəbərə görə, Aİ diplomatı azərbaycanlı rəsmilərlə görüşlər keçirəcək.
O, eyni zamanda Aİ-Azərbaycan arasında 3-cü Təhlükəsizlik Dialoquna Aİ tərəfdən sədrlik edəcək.