22 C
Baku
Cümə axşamı, Sentyabr 19, 2024

Bizə yaz

Avropa Rusiyanı ən zəif nöqtədən vurmaqla hədələyib

“Ukraynaya işğal olacağı təqdirdə Qərb Rusiyanı ən zəif nöqtədən vurmağa hazırdır”.

Tvit.az xəbər veri ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen ARD telekanalının efirində deyib.

Siyasətçi ən zəif nöqtənin yeni iqtisadi sanksiyalar olacağını deyib.

Onun sözlərinə görə, bu baş versə Rusiya beynəlxalq maliyyə bazarlarından praktiki olaraq təcrid olacaq.

“Biz əlimizdə olan ən güclü alətlərdən istifadə edəcəyik. Söhbət iqtisadi və maliyyə sankisyalarından gedir. Rusiyanın ən zəif nöqtələri elə bunlardır”, – deyə von der Leyen əlavə edib.

AK rəhbəri Rusiyanın SWIFT-dən (Dünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) ayrılması məsələsinə toxunmayıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR